Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib, 1 əsgər şəhid olub, 4 nəfər yaralanıb

Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib, 1 əsgər şəhid olub, 4 nəfər yaralanıb backend

Türkiyənin Siirt bölgəsinin Eruh rayonunda PKK terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 4 hərbçi yaralanıb.
Yaralılar Siirt Dövlət Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.
Bölgədə PKK-ya qarşı geniş miqyaslı əməliyyat başlayıb.