Erməni hüquq müdafiəçiləri Xankəndidə girov kimi saxlanan azərbaycanlılar Dilqəm Əsgərova və Şahbaz Quliyevə baş çəkiblər.
ANS PRESS-in məlumatına görə, hüquq müdafiəçiləri Karen Ohancanyan və Svetlana Cangiryan bu barədə yaydıqları açıqlamada bildirirlər ki, onların məqsədi azərbaycanlı girovların saxlandığı kamera, sanitariya-gigiyena şəraiti, gündəlik gəzinti, qida, tibbi xidmət və dövrü mətbuat imkanları ilə tanış olmaqdır.Karen Ohancanyan və Svetlana Cangiryan hər bir girovla ayrılıqda 3 saatdan çox bir yerdə olublar.
Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.
Ermənistan tərəfinin qurduğu "məhkəmə"də Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib.