Latın Amerikası ölkələrindən olan Peruda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın “miliyyet.com.tr”-yə istinadən məlumatına görə, And dağlarının yaxınlığında avtobus 1000 metrlik uçuruma yuvarlanıb.
Avtobusda olan 21 sərnişin ölüb, 38-i isə yaralanıb. Qəzaya səbəb isə hava şəraitinin pis olmasıdır.