Fransada məhbus türməni ələ keçirdi

Fransada məhbus türməni ələ keçirdi backend

Fransada bir məhbus türməni ələ keçirib. Virtualaz.org BFMTV telekanalına istinadən bildirir ki, həmin şəxs bir məhbusu və bir həbsxana əməkdaşını girov götürüb.

Hadisə ölkənin qərbindəki Le Man şəhərində baş verib. Hadisə yerinə xüsusi təyinatlılar göndərilib.

Xatırladaq ki, ötən ilin noyabrında baş verən silsilə teraktlardan sonra Fransada fövqəladə vəziyyət rejimi tətbiq olunub.