Dünya nın ən zəngin ölkələri deyəndə çoxlarının ilk ağlına glən neft hasil edən dövlətlər olur. Ancaq bu sizdə elə bir təəssürat yaratmasın ki, ən varlı müsəlman ölkələri ilə bağlı təqdim edəcəyimiz siyahı çəlləyi elə neft çıxaran ölkələrlə doludur.
Qaziler.az dünyanın zəngin müsəlman dövlətlərinin siyahsını təqdim edir:Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir.
Reytinq cədvəlinin 10-cu sırasında həmt neft həm də qeyri neft sektorun ilə büdcəsinəq azanc gətirmiş Malayziya respublikasıdır. Belə ki, burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 15 min 589 dollar təşkil edib. Kənd təsərrüfatı məhsulları və neft üzrə əsas ixracatçı ölkə hesab olunan Malayziya, həmçinin ən böyük kauçuk və palma yağı istehsalçısıdır. Turizm ölkənin üçüncü ən böyük gəlir sahəsidir.
Liviya Bu siyahının doqquzuncusudur. 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 14 min 100 dollar olub. Dünya neft ehtiyatının 1/10-na sahib olan ölkə dünyada neft istehsalı üzrə 17-ci yerdədir.
Türkiyə Dünyanın ən zəngin müsəlman ölkələri siyahısında Türkiyə səkkizincidir. Dünya ölkələri sırasında isə Türkiyə 62-ci yerdə qərarlaşıb. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 16 min 885 dollar təşkil edib. Ölkədə iqtisadiyyatın ən mühüm sahəsi hesab edilən turizm olduqca fəal inkişaf edib. Türkiyə iqtisadiyyatının digər aparıcı sahələri tikinti, neft emalı, neft kimyası və maşınqayırmadır. Türkiyə gəmiqayırma üzrə dünyanın lider ölkələrindəndir və sifariş verilən gəmilərin sayına görə Çin, Yaponiya və Cənubi Koreyadan sonra dördüncü yerdədir.
Bəhreyn Dünyanın ən zəngin yeddinci müsəlman ölkəsi. 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 23 min 690 dollar olub. Neft bu ölkənin ən çox ixrac etdiyi məhsuldur.
Səudiyyə Ərəbistanı Siyahının altıncısıdır. 2011-ci ildə adambaşna düşən ÜDM-in miqdarı 24 min 434 dollar olub. Qeyd edək ki, Ərəbistan dünyada neft ehtiyatlarına görə ikinci yeri tutur. Belə ki, "qara qızıl” ölkə ixracatının 95%-ni, dövlət gəlirinin isə 70%-ni təşkil edir. Burada, həmçinin qaz ehtiyatları da var ki, bu sərvətinə görə Səudiyyə Ərəbistanı dünyada altıncı yerdədir.
Oman Dünyanın ən zəngin beşinci ölkəsi. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 28 min 880 dollar təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 5,5 milyard bareldir.
Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) Siyahıda dördüncü olan BƏƏ-nin gəlir mənbəyi ölkənin təbii sərvəti olan neft və qazdandır. Bu sahədən gələn gəlir ÜDM-in 25%-ni təşkil edir ki, bunun nəticəsində 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 48 min 222 min olub. Ölkənin, xüsusilə də paytaxt Abu-Dabinin iqtisadiyyatında neft və təbii qaz ixracatı mühüm rol oynayır.
Bruney Dünyada üçüncü ən zəngin müsəlman ölkəsidir. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 50 min 506 dollar təşkil edib. Ölkənin zənginliyi nəhəng təbii qaz və neft yataqları sayəsindədir. Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib.
Küveyt 3,5 milyon əhalisi olan ölkə bu siyahıda ikinci yeri tutur. 2011-ci il üçün adambaşına düşən ÜDM-in miqdarı 54 min 654 dollar olub. Küveytdə 104 milyon barel təmizlənməmiş (xam – red.) neft var ki, bu da dünya ehtiyatının 10%-ni təşkil edir. 2020-ci ilədək ölkədə neft hasilatının 4 milyon barelə çatacağı gözlənilir. Digər mühüm iqtisadi sahələr gəmiçilik, tikinti və maliyyə xidmətidir.
Qətər Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir. Qətərdə 2011-ci ildə adambaşına düşən orta ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın əsas mənbəyi təbii qaz, neft və neft məhsulları istehsalı və ixracatının durmadan artmasıdır.
Bildirək ki, futbol üzrə 2022-ci ilin dünya çempionatının keçiriləcəyi Qətər, həmçinin 2020-ci ilin Olimpiya oyunlarının ev sahibliyinə namizədliyini irəli sürüb.
Siyahıya düşməyən digər müsəlman ölkələrindən İran İslam Respublikası( 12500 dollar), İraq (82150) da ÜDM-lərinə görə fərqlənən ölkələrdir.
Azərbaycan reytinq sıralamasında 64-cü yeri tutub. Ölkəmizdə adambaşına düşən ÜDM 18,913 min dollara bərabərdir.
Qeyd edək ki, siyahı Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında tərtib edilib. Nəşr reytinqi tərtib edərkən nisbi yaşayış dəyəri və inflyasiya səviyyəsinin nəzərə alındığı ölkələrdə adambaşına düşən alıcılıq qabiliyyəti paritetini əsas tutub.
Rüfət Soltan