Bərbər saçdan Ərdoğanın portretini yaradıb

Bərbər saçdan Ərdoğanın portretini yaradıb backend

Türkiyə paytaxtı Ankarada yaşayan bərbər liderə sevgisini nümayiş etdirmək üçün köməkçisinin saçından prezident Recep Tayyip Erdoğanın portretini kəsib.

Ginnes rekordçusu olan bərbər Ercan Buyruk bildirib ki, köməkçisinin saçı ilə ölkə başçısının portretini hazırlamaq ona səkkiz saata başa gəlib.

Qaziler.az BBC-ə istinadən bildirir ki, Türkiyənin Hürriyet qəzeti yazır.

Bərbər yalnız qayçı və açıq ülgücdən istifadə etdiyini bildirir.
“Bizim ürəyimizdə prezident sevgisi var. Bərbər kimi mən bu sevgini saçda əks etdirmək istəmişəm. Biz bu sevgini artıq ürəklərimizdə həkk etdirmişik, nəinki başlarımızda,” deyə Buyruk deyib.
Onun sözlərinə görə, Guinness-in rekordlar kitabına 24 saat ərzində 363 nəfərin saçını kəsməklə düşüb.