​İŞİD “Boko Haram“ silahlı qruplaşmasının liderinin dəyişdiyini bildirib

​İŞİD “Boko Haram“ silahlı qruplaşmasının liderinin dəyişdiyini bildirib backend

İŞİD silahlıları onlarla əlaqəli olan Qərbi Afrika qruplaşması "Boko Haram"ın başında yeni liderin dayandığını bəyan ediblər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, İŞID "Boko Haram"ın başında Abu Musab əl-Barnavinin durduğu bildirib.
"Əl-Naba" dərgisinə müsahibəsində A.M.Barnavi deyib ki, qruplaşma "onunla hesablaşacaq qüvvə olaraq qalmaqdadır".
O, həmçinin yeni silahlıların toplandığını söyləyib.