ABŞ bu ölkəyə 17 milyardlıq silah göndərib

ABŞ bu ölkəyə 17 milyardlıq silah göndərib backend

ABŞ Əfqanıstanın silahla təchiz olunması üçün 17 milyard dollar xərcləyib. Axar.az xəbər verir ki, bu informasiya ABŞ hökumətinin tərkibində yaradılan Əfqanıstanla bağlı xüsusi komissiyanın hesabatında yer alıb.

Hesabata əsasən, Vaşinqton ordunun silahla təchizatı üçün 13 milyard, polis üçün isə 4,2 milyardından keçib.

Qeyd edək ki, Əfqanıstanda hökumətin nəzarət etdiyi ərazilərin həcmi 5% azalıb. Üstəlik, orduda fərarilik halları da artıb. Ordudan qaçan əsgərlər Talibana qoşulurlar.