Gümrüdəki qətllə bağlı 18 nəfər işdən azad edilib

Gümrüdəki qətllə bağlı 18 nəfər işdən azad edilib backend

Rusiyalı hərbçi Valeri Permyakovun Gümrüdə erməni ailəsini qərtə yetirməsi ilə bağlı iş üzrə keçirilmiş dindirmələrin yekununda Gümrüdəki Rusiya hərbi bazasının idarəçiliyi ilə əlaqəsi olan 18 nəfər işdən qovulub.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, bu iş üzrə Rusiya və Ermənistanın istintaq orqanlarının dindirdiyi insanların sayı 4228-ə çatıb.

Məlumata görə, işdən qovulanlar arasında Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətini birbaşa kurasiya edən Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi də var: "Lakin dindirmələr zamanı nəinki bütün suallara cavab alınmayıb, hətta yeni suallar yaranıb".

Qeyd edək ki, V. Permyakov yanvarın 12-də bir erməni ailəsinin avtomat silahla 6 üzvünü qətlə yetirib və 6 aylıq uşağı yaralayıb. Sonradan körpə xəstəxanda dünyasını dəyişib.
Diaspora