“Petkim“də Gülən tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir

“Petkim“də Gülən tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir backend

Türkiyənin "Petkim" neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir. Trend-in məlumatına görə, hazırda kompleks ərazisindəki binada axtarışlar həyata keçirilir. Əməliyyatın başqa detalları barədə açıqlama verilmir.


Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.