Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq.
Qaziler.az bildirir ki, Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq: “Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq. Bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək”.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.