Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların qüvvəyə mindiyini elan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, sanksiyalar silah alveri, dağ-mədən sənayesi avadanlıqları, infrastruktur sektora sərmayə qoyuluşu sahələrini əhatə edir və Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti yürütməsinə cavab tədbiri adlandırılıb.
Məlumata görə, tətbiq edilən sanksiyalar Avropa, Kanada və ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara uyğundur. Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına dair qərar 2014-cü ilin sentyabrında qəbul olunub.