Türkiyədə hərbçilərə məxsus avtomobilin keçdiyi ərazidə partlayış baş verib.
Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Siirt-Eruh yolunda baş verib.PKK terrorçularının hərbçilərə məxsus avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb. Partlayış zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.