Meksikanın Çyapas ştatındakı San-Xuan-Çamula hindu şəhərinin meri öldürülüb.
Şəhər sakinləri qəzəbinə səbəb meriyanın maliyyə işləri ilə bağlı iddiaları olub.Qaziler.az RİA Novosti-ə istinadən bildirir ki, Yerli KİV-in məlumatına görə, şəhərin çoxsaylı sakinləri meriya binasına yaxınlaşanda mer Dominqo Lopes Qonsales işgüzar görüş keçirirmiş. Etirazçılar bir qədər əvvəl şəhər sənətkarları üçün meriya tərəfindən ayrılmış 100 milyon pesonun verilməsini tələb ediblər.
Merin mühafizəçiləri toplaşanları dağıtmağa çalışıb. Cavab olaraq etirazçılar odlu silahdan atəş açaraq meri öldürüblər.
Hadisə zamanı 12 nəfər yaralanıb. Qeyri-rəsmi məlumatlara görə, 20 nəfər həyatını itirib.
Çyapasın qubernatoru baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verib.