SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ arasında açıq-aşkar “soyuq müharibə”nin getdiyini və bunun “qaynar müharibə”yə çevrilə biləcəyini bəyan edib.
“İnterfaks”-ın verdiyi məlumata görə, M. Qorbaçov bildirib ki, Vaşinqton dünya fatehi olmaq ideyasını gerçəkləşdirməyə çalışmaqla, Moskvanı qarşıdurmaya sövq edib.“Təəssüf ki, bu “soyuq müharibə”nin “qaynar”a çevrilməyəcəyini əminliklə deyə bilmərəm. Qorxuram ki, onlar (amerikalılar-red.) risk edə bilərlər”, – deyə o qeyd edib.
M. Qorbaçov Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına da toxunub: “Bu gün ABŞ və Avropadan ancaq Rusiyaya qarşı sanksiyalar barədə eşidirsən. Onlar başlarını tam itiriblər?”.