Bu gün Berlində kansler Angela Merkelin və əlaqədar nazirlərin iştirakı ilə Almaniya hökumətinin fövqəladə iclasının keçirilməsi planlaşdırılır.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, “Təhlükəsizlik kabineti”nə xarici işlər, daxili işlər, müdafiə nazirləri, federal kansler idarəsinin başçısı daxildir.Məzuniyyətini keçirmək üçün ABŞ-a yola düşən AFR-in xarici işlər naziri Tomas de Mezyer Münxendə törədilən cinayətə görə səfərini yarımçıq qoyub. Təyyarə Nyu-Yorkda yerə enən kimi o, Almaniyaya qayıtmaq barədə göstəriş verib.