İrəvandakı silahlı qrup son iki girovu azad edib

İrəvandakı silahlı qrup son iki girovu azad edib backend

İrəvanda post-patrul polkunun binasını ələ keçirmiş silahlı qrup son iki girovu da azad edib.

"Xəzər Xəbər"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlı qrup Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yeqiazaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyanı azad edib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.