Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində növbəti həbslər həyata keçirilib.
Qaziler.az Milliyet nəşrinə istinadən xəbər verir ki, Ankara Respublika Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində Prezident Administrasiyası Mühafizə Alayının 283 əsgəri saxlanılıb.
Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.