Rusiyanın valyuta ehtiyatları bir həftədə daha 1,3 milyard dollar azalıb

Rusiyanın valyuta ehtiyatları bir həftədə daha 1,3 milyard dollar azalıb backend

Rusiya Federasiyasının valyuta ehtiyatlarında azalma tendensiyası davam edir.

“İnterfaks”ın verdiyi xəbərə görə, yanvarın 23-nə olan məlumata əsasən Rusiyanın beynəlxalq ehtiyatları 378,1 milyard dollar təşkil edib. Yanvarın 16-da isə ehtiyatların həcmi 379,4 milyard dollar olub və beləliklə, bir həftədə 1,3 milyard dollarlıq azalma qeydə alınıb.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı rublun kursunu nisbətən sabit saxlaya bilmək üçün mütəmadi olaraq bazara xarici valyuta çıxarır.
Diaspora