Keçən əsirdən bu yana dünyaya “Race discrimination” və ”Gender discrimination” devizləri altında çağırışlar edildi, təbliğatlar aparıldı. Bunlar qərb dövlətləri və Avropanın təşəbbüsüdür. Lakin bu il dünyanın diqqətini çəkən daha bir hadisə baş verdi – xalqların məcburi axını. Yaxın şərqin suriyalı, əfqan və başqa xalqlardan olan mühacirləri ölkələrində baş verən siyasi böhran səbəbindən Aralıq dənizini itki və ağrılarla keçərək Avropaya pənah gətirdi. Kimiləri gətirdi, kimilərin isə məzarı okean oldu. Həmin vaxtlarda gündəlik mətbu yayımlar yüz minlərlə miqrantların dramatik həyatından danışırdı. Avropanın bəzi “fədai”ləri isə gah nala vururdu, gah da mıxa.
Keçən əsirdən bu yana dünyaya “Race discrimination” və ”Gender discrimination” devizləri altında çağırışlar edildi, təbliğatlar aparıldı. Bunlar qərb dövlətləri və Avropanın təşəbbüsüdür. Lakin bu il dünyanın diqqətini çəkən daha bir hadisə baş verdi – xalqların məcburi axını. Yaxın şərqin suriyalı, əfqan və başqa xalqlardan olan mühacirləri ölkələrində baş verən siyasi böhran səbəbindən Aralıq dənizini itki və ağrılarla keçərək Avropaya pənah gətirdi. Kimiləri gətirdi, kimilərin isə məzarı okean oldu. Həmin vaxtlarda gündəlik mətbu yayımlar yüz minlərlə miqrantların dramatik həyatından danışırdı. Avropanın bəzi “fədai”ləri isə gah nala vururdu, gah da mıxa. Təbii ki, nə Almaniya, nə də digər Avropa ölkələri belə bir hadisənin olacağını gözləmirdi. Ölkə rəhbərlikləri hərəkətə keçdi və miqrantları himayə etmək istədi, lakin 10-un götürəndən sonra arxasında yüz-nün gəldiyini görəndə bu “sevda”dan əl çəkməli oldu. Görünür daha sonra sıra Avropa polislərində idi, miqrantlara zor tətbiq etmək, onlara olmazın işgəncələr vermək artıq adət halını aldı. Elə indinin özündə də bu hal baş verir. Sonuncu aldığım xəbərə görə, İsveçrə polisi avtobusda gedən heç nədən xəbərsiz biçarə miqrantı dubinkanın altına salır. Bunu müsəlman ölkələri kədər və qəzəb hissi ilə izləsələr də, Avropa vətəndaşları böyük ehtimalla susub, sadəcə hadisələrin videogörüntülərini maraqlarına kökləyiblər. Təəssüf ki, bir neçə ay əvvəl böyük mühacir axınında polislərlə bərabər xristian xalqın bəzi nümayəndələri də bu zülmdən yararlanırdılar. Aralarında xeyirxah vətəndaşları da oldu, miqrantları ac qalmağa qoymayan, onları su və qida ilə təmin edən yerli sakinlərin işi də təqdirəlayiqdir.Onu deyim ki, qərb dünyasının miqrantları məsələsindəki mövqeyi Türkiyədən çox fərqlidir. Avropa və Amerika sanki miqrantları görmür. Öldürülməkdən qaçan bu biçarə insanları köməksiz qoyub onlara qapılarını bağlamağa çalışır. Mərhəmətin və ədalətin beşiyi olduğunu iddia edən Avropanın miqrantlara qarşı etdikləri vicdanları sızlatmağa davam edir. Halbuki, tarixə nəzər salsaq, dəfələrlə milyonlarla avropalı mühacirlər böhranlar ucbatından okeanlarda üzə-üzə qalmışlar. Gəmilərdə bir-birilərini əzərək minmələri deyəsən yadlarından çıxıb. Tarixi faktdır ki, Avropadan dəfələrlə ABŞ-a immiqrasiya edən avropalılar olub. 1960-90-cı illərdə Avropada 42 milyondan çox insan qitəyə qaçıb.
Görünüşdə təhlükəsizlik, iqtisadi səbəblər, işsizlik problemi kimi arqumentlər irəli sürülsə də, Qərbin miqrantları qəbul etmək istəməməsinin ən mühüm səbəblərindən biri də getdikcə artan müsəlman əleyhdarlığıdır. Belə ki, bu əleyhdarlıq artıq yüksək səslə dilə gətirilir.
Miqrantlara qarşı təkcə yerli Avropa polisləri və vətəndaşlar biganə yanaşmayıb, elə ən təhlükəlisi odur ki, yüksək vəzifələrdə oturan Avropa nümayəndələri xalq ayrı-seçkiliyinə şərik olublar.
Macarıstanın Baş naziri Viktor Orbanın alman «Frankfurter Allgemeine Zeitung» qəzeti üçün qələmə aldığı məqaləsində işlətdiyi ifadələr bu vəziyyətin ən bariz nümunələrindən biridir. Orban həmin məqaləsində "ölkəsinin Avropanın xristian köklərini təhdid edən miqrantlar tərəfindən zəbt edildiyini" bildirir.
Baş nazir yaşanan miqrant böhranını müzakirə etmək üçün Avropa parlamentinin sədri Martin Şults ilə keçirdiyi görüşdən sonra verdiyi mətbuat konfransında da Avropanın miqrantlara qapılarını açmasının əxlaqi arqument olmadığını söyləmiş və onlara müraciət edərək, «Xahiş edirəm gəlməyin. Türkiyə təhlükəsiz ölkədir, orada qalın. Ailələr, uşaqlar və özünüz üçün orada qalmağınız daha yaxşıdır" deyə bildirmişdir.
Danimarka hökumətinin etdiyi də Macarıstandan fərqli deyil. Danimarka miqrantların ora gəlmək istəyini ağıllarına belə gətirməsini istəmir. Bu səbəbdən Yaxın Şərq ölkələrində yayımı olan bəzi təşkilatlara "Əsla bizə gəlməyin, xoş rəftar görməz, sonra kədərlənərsiniz" mənasına gələn elanlar verdilər.
Danimarka Xalq partiyasının əcnəbilər üzrə nümayəndəsi Martin Henriksen də "Pulunu verək, miqrantlar bizə gəlməsin, Türkiyədə qalsın" şəklində bəyanatlar verdi.
Digər Avropa ölkələri də miqrant məsələsinə mənfi baxır. Avropa İttifaqı ölkələri çərçivəsində keçirilən daxili işlər nazirləri görüşündə Avropanın müxtəlif ölkələrində toplanan miqrantların müəyyən kvotalar daxilində İttifaq ölkələrinə yerləşdirilmələrinə Macarıstan və Slovakiya ilə yanaşı, Çexiya və Rumıniya da qarşı çıxmış, Finlandiya isə bitərəf qalmışdı.
Slovakiya Baş naziri Robert Fiko da qısa müddət əvvəl verdiyi bəyanatda, "Slovakiyada müsəlmanların ehtiyaclarını qarşılayacaq infrastruktur yoxdur" deyə müsəlman miqrantları qəbul etməyəcəklərini bildirmişdi. Halbuki suriyalı miqrantlara "gedin" demək onları ölümə tərk etmək mənasına gəlir.
Onsuz da Avropa ölkələrinin sərhədlərində miqrantlara qarşı rezin güllədən, gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edərək qarşılarının alınması, 24 saat ərzində yemək və su verilmədən saxlanılmaları və daha müxtəlif insanlıqdan kənar rəftara məruz qalmaları onların Avropa torpaqlarında arzu olunmadıqlarının açıq göstəricisidir. Bu məzlum insanlara yaşadılan acıları ağıl və vicdan heç vaxt qəbul edə bilməz.
Avropa və Amerika mediası bir-birinin ardınca İslam əleyhinə yazı və görüntülərə yer verir. Bu şəkildə xalqda da müsəlman əleyhdarlığının ideoloji zəmini yaradılmağa çalışılır.
Avropa ölkələrinin guya ölkə vətəndaşlarını terror təhlükəsindən qorumaq bəhanəsi ilə atdıqları bu insanlıqdan kənar addımların çərçivəsində bir az da irəli gedərək başda Rusiya və ABŞ olmaqla, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Belçika, Hollandiya, Portuqaliya, Yunanıstan və Kanada Şərqi Aralıq dənizinə hərbi gəmilərini göndərirlər. İran və Çin də hər an gələcəkmiş kimi hazırdılar.
Belə bir situasiya sadəcə insanı düşündürür. Avropada ölkə rəhbərlikləri də yaxşı bilir ki, terrorizm haradan və kimlərdən qaynaqlanır. Heç bir vəchlə yaxın şərqin yoxsul və köməksiz əhalisi çarəsiz vəziyyətdə terror işi planlaşdırmaqları bir yana, heç onların belə bir “adət-ənənəsi” olmayıb.
Miqrantlara qarşı bütün yanaşmaların nəticəsi sadəcə onu göstərir ki, əsirlərlə dünyaya başqa “discrimination”lar – daha doğrusu “İrqi və cinsi ayrı-seçkiliklərlə car yayan qərb dövlətləri bunu dünyaya çatdırmağı bacarıbsa, niyə ortaya miqrantlar mövzusu deyəndə susurlar?
Rüfət Soltan