Bu gün Nitsa şəhərində terror törədən şəxslə əlbir olanların məhkəməsi keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Məlumata görə, terrorçularla əlbir olmaqda şübhəli bilinən 4 kişi və 1 qadın məhkəmə qarşısına çıxarılacaq.
Aparılan araşdırmalar zamanı məlum olub ki, yaşları 22- 40 arası olan kişilər və 42 yaşlı qadın terrorçu Məhəmməd Bulellə əlaqədə olublar.Xatırladaq ki, iyulun 14-də Tunis əsilli Məhəmməd Buhlel Fransanın Nitsa şəhərində atəşfəşanlığı izləyən vətəndaşları yük maşını ilə əzib. Aralarında uşaq olmaqla, 84 nəfər dünyasını dəyişib.