Türkiyədə bütün hərbi prokuror və hakimlər işdən uzaqlaşdırılıb

Türkiyədə bütün hərbi prokuror və hakimlər işdən uzaqlaşdırılıb backend

Türkiyədə hərbi prokurorluq və hərbi məhkəmə sistemində çalışan bütün şəxslər haqqında təhqiqat başlayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Milli Müdafiə Nazirliyi 262 hərbi prokuror və hakimi vəzifələrindən uzaqlaşdırıb.

Bu şəxslərin "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) üzvü olduqları bildirilir.