Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının yeni komandiri bu gündən vəzifəsinin icrasına başlayacaq. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Oleq Lebedev bildirib.
Deputat Gümrüdə Şirak vilayətinin rəhbərliyi ilə görüşdə Rusiya hərbi bazasına başçılıq edəcək şəxsin adını açıqlamayıb. Ancaq etibarlı mənbədən bildirilib ki, 102-ci hərbi bazanın yeni komandiri general-mayor Ustinov olacaq.Bu il yanvarın 12-də Gümrüdə hərbçi Valeri Permyakovun Avetisyan ailələsinin 7 üzvünü qətlə yetirməsindən sonra yaradılmış birgə parlament komissiyasına Rusiya tərəfdən başçılıq edən O.Lebedev həmin görüşdə ermənilərin könlünü almaq üçün yeni metoda əl atıb.
O vurğulayıb ki, guya istintaqın gedişi Rusiya prezidenti Vladimir Putində şəxsi nəzarətindədir. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin hər həftə istintaqın gedişi haqqında dövlət başçısına məlumat verir. V.Permyakov barəsində məhkəmə prosesi Gümrüdə keçəcək. İndiyədək 4 min şahid dindirilib və 19 ekspertiza keçirilib.
Halbuki onun söylədikləri gözdən pərdə asmaq üçündür. Necə deyərlər, imansızın dilini dinsiz bildiyi kimi, yalançının da dilini elə gopçu bilir.