Almatanın mərkəzində atışma – YENİLƏNİB

Almatanın mərkəzində atışma  – YENİLƏNİB backend

Milli Təhlükəsizlik Komitəsinin şöbəsinin binası mühasirəyə alınıb.

Almatanın mərkəzində silahlı hücum nəticəsində ən azı bir polis ölüb, bir neçə nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Polisin məlumatına görə, terror əleyhinə əməliyyat aparılır.

****

Şahidlərin sözlərinə görə, təcili yardım və polis binaya yaxınlaşıb, yaralıların olduğu istisna edilmir.

Qaziler.az Tengrinews.kz-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Komitəsinin şöbəsinin binasımühasirəyə alınıb.

Daha öncə Almatada rayon DİN idarəsinin mühasirəyə alındığına dair xəbər yayılmışdı. Nikolsk bazarı yaxınlığında atışmanıneşidildiyi deyilir. Şahidlər həmçinin qonşu ofislərin əməkdaşlarının binadan buraxılmağını da bildiriblər.

Yaxın ofislərin əməkdaşlarının sözlərinə görə 10-a yaxın atəş açılıb. "Əvvəlcə tək-tək - üç ya dörd atəş açıldı, sonra isə elə bil güllə qatarı buraxdılar. Naməlum şəxs Karasay batır küçəsi tərəfindən Baytursınova tərəfə avtomatla qaçdı, onun ardınca polislər qaçdı”, - şahidlər danışıb.


Diaspora