Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeri Permyakovun məhkəməsi Ermənistanda ərazisində keçiriləcək. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Oleq Lebedev bildirib.
O deyib ki, Ermənistan xalqının istədiyi kimi, məhkəmənin Ermənistan ərazisində keçirilməsi planlaşdırılır. Qeyd edək ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin üzvlərini amansızcasına qətlə yetirib.