İllərdir Türkiyə xalqı "ərəblərlə ümmət qardaşlığı" adı altında aldadılır.
Əgər tarixə nəzər salsaq, əslində, belə bir şeyin heç vaxt olmadığını görərik.Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, 1516-17-ci illərdə ispanlar Osmanlı imperiyasının Əlcəzair vilayətinə hücum edərkən yerli ərəb-müsəlman xalqı da düşmənlə əlbir olmuşdu. Böyük türk sərkərdəsi Barbaros Hayrəddin Paşanın ordusu üsyançı ərəblərin ələ keçirdiyi Tlemsen qalasını mühasirəyə almış və "saxta ricət" taktikası ilə üsyanı saxlamışdı. Hayrəddin Paşa bu döyüş haqda belə yazır: "Zira, bu ərəblər savaş sənətini bilməyən bir qövümdürlər. Səhralarda quldurluq etməklə ordu halında döyüşməyi eyni şey zənn edərlər. Hansı ağılla anlamıram, ispanları belə məğlub edən türklərin qarşısına çıxmış və darmadağın olmuşlar. Zira, ərəblərdə insan canının önəmi yoxdur. "Hər şey Allahdandır" deyərək axmaqca məhv olurlar".
XVI əsrdə baş vermiş bu hadisə çox kiçik bir nümunədir. İndi isə çox yox, tam 100 il öncə Hələbdə, Suriya-Fələstin bölgəsində baş vermiş xəyanətdən söhbət açaq.
Peyğəmbər nəslindən gəlməsi səbəbilə ətrafında yetərincə nüfuz sahibi olan Şərif Hüseyn Osmanlı tabeliyindəki Hicaz (Suriya-Fələstin) vilayətinin nəzarətçisi idi. I Dünya Müharibəsinin başlanması ilə ağır günlər keçirən türklərə bir zərbə də "ümmət qardaşlarından" gələcəkdi. Belə ki, 2 iyul 1915-ci il tarixində Şərif Hüseyn ingilislərə məktub yazaraq yarım-müstəqil ərəb dövlətinin quruluşuna kömək etməklərini istəyir. Qarşılığında isə bildirir ki, o, öz xalqı ilə birlikdə Osmanlı sultanına üsyan edəcəkdir. Danışıqlar nəhayət, 10 mart 1916-cı ildə nəticələnir və London hökuməti ərəb nəzarətçisinə 773 min funt sterlinq dəyərində maddi yardım edir.

10 iyun 1916-cı ildə Şərif Hüseyn özünü "Ərəb məmləkətinin kralı" elan edir və üsyan rəsmən başlayır. Eyni zamanda həm Antanta dövlətləri ilə, həm də üsyançılarla savaşmaq məcburiyyətində qalan Osmanlı ordusu 1918-ci ildə Hicaz bölgəsini tərk etməli olur.
Həmin illərdə Qüdsdə ingilislərlə birlikdə türklərə qarşı həm də fələstinli ərəblər vuruşmaqda idilər. Onlar imperialistlərin "sizi Turanilərdən (türklər) azad edib müstəqillik bəxş edəcəyik" vədlərinə inanmış və Osmanlı dövlətinə xəyanət etmişdilər. Həmin dövrdə döyüşlərdə iştirak edən bir ingilis sərkərdəsinin müharibədən sonra çap olunmuş kitabında belə bir qeyd var - "İndi baxıram, o vaxtlar ərəblərlə çiyin-çiyinə səhralarda türkləri necə darmadağın etdiyimizi heç cür unutmaq olmur".
Hətta İsrailin Beer-Şeva şəhərində fələstinlilər tərəfindən xəyanətə məruz qalaraq şəhid edilmiş on minlərlə türkün xatirəsinə abidə də qoyulmuşdur.
Mustafa Kamal Atatürk öz qeydlərində yazır ki, Hələb uğrunda ingilislərlə gedən döyüşlərdə yerli ərəb əhalisi Osmanlı ordusuna üsyan etmiş və onları qovmuşdur. Və bu hadisələrdən sonra da Mustafa Kamal Paşa "Misak-ı Milli" adlı sərhədləri təyin etmiş və Türk İstiqlal Müharibəsini yalnız bu sərhədlər üçün aparmışdır.

Bütün bu tarixi faktlara rəğmən, hazırda 3 milyon suriyalı köçkünə Türkiyə Cümhuriyyəti vətəndaşlığı verilə bilər. Hər halda, bunu Rəcəb Tayyib Ərdoğan bildirib və onun de-fakto başçısı olduğu AK Partiyası Türkiyə Böyük Millət Məclisində hakim mövqe tutmaqdadır.
İğtişaşların getdikcə böyüdüyü Türkiyədə dəfələrlə xəyanət gördüyün birilərinə yer vermək nə qədər doğrudur, bilinməz. Ümidvarıq ki, Adolf Hitlerin "tarix, "belə ola biləcəyini düşünməzdim" ifadəsini əfv etmir" cümləsi gələcəkdə qardaş dövlətə şamil olunmayacaq.
Yetərincə ümmətçi əhaliyə sahib Konya vilayətində belə türklərlə ərəblər arasında qanlı qarşıdurmalar baş verməkdədir. İstisna deyil ki, vəziyyət getdikcə daha da gərginləşəcək. Ankaranı Dəməşqə, İstanbulu Hələbə çevirməyə çalışan suriyalılar 40 il öncənin Türkiyəsini xatırladır. Çevrilişlə hakimiyyətə gəlmiş Kənan Evren 1970-ci illərdə baş verənlərlə bağlı "əgər biz çevriliş etməsəydik, Taksim meydanını Qızıl meydana çevirəcəkdilər" demişdi.
Qeyd edək ki, Evrən 12 Sentyabr Çevrilişindən bir neçə ay öncə ABŞ-a səfər etmişdi. Kim bilir, bəlkə də İstanbul Hələbə dönmək üzrə olanda Ankaradan Vaşinqtona bir təyyarə yola düşəcək..