Rusiyadan yeni silah anonsu: Təyyarə kosmosdan nüvə zərbələri endirəcək

Rusiyadan yeni silah anonsu: Təyyarə kosmosdan nüvə zərbələri endirəcək backend

Rusiya son dərəcə müasir silahın istehsalı üzərində çalışır.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, Rusiyalı hərbi mütəxəssislər yaxın illərdə kosmosdan nüvə zərbələri endirə biləcək hipersəsli bombardmançı təyyarənin hazırlığına başlayıb. Bu barədə təyyarə üçün mühərrikin hazırlanmasına rəhbərlik edən Rusiya Hərbi Akademiyasının müəllimi, podpolkovnik Aleksey Solodovnikov məlumat verib. O bildirib ki, təyyarə adi aerodomlardan havaya qalxacaq. Hava məkanına nəzarət edəcək, “kosmosa çıxış” əmri veriləndə, nüvə silah ilə zərbə endirmək tapşırığını yerinə yetirəcək və aerodroma qayıdacaq. “Bu, strateji təyyarədir” deyən Solodovnikov, onun geniş imkanlara malik olacağını və 1-2 saata planetin istənilən nöqtəsinə gedib çata biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, təyyarənin başlanğıc kütləsi 20-25 ton olacaq. O həm atmosferdə, həm də havasız məkanda uça biləcək. Təyyarənin iş prototipi 2020-ci ilə qədər hazır olacaq.