Siciliya mafiyasının başçısı Bernardo Provensano 82 yaşında həbsxanada ölüb.
Qaziler.az bildirir ki, APA-nın “Rai News24”ə istinadən verdiyi məlumata görə, "Koza Nostra" bossunun uzun müddətdir, ağır xəstə olduğu bildirilir.Bernardo Provensano 1993-cü ildən Siciliya mafiyasına rəhbərlik edib. O, 43 illik axtarışdan sonra 2006-cı ildə həbs olunub.