Portuqaliyanın sualtı qayığı Fransa balıqçılarının toruna düşüb

Portuqaliyanın sualtı qayığı Fransa balıqçılarının toruna düşüb backend

Portuqaliyanın hərbi sualtı qayığı Fransa balıqçılarının toruna düşüb.

Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, insident Atlantik dənizində-Britaniya sahillərində baş verib.

“Tridente” sualtı qayığı Britaniya Hərbi Dəniz Donanması ilə birgə keçirilən təlimdə iştirak edirmiş.

Qayıq “Dayton” gəmisinin balıqçı toruna düşüb.

Məlumata görə, sualtı qayıq dərhal suyun üzünə qalxaraq balıqçı gəmisi ilə əlaqəyə girib.

TASS-ın məlumatına görə insident zamanı xəsarət alan olmayıb.

İnsident Lizard burnunun 55 kilometrliyində baş verib.