Bu il Gürcüstana gedən azərbaycanlıların statistikası: 570.825 nəfər

Bu il Gürcüstana gedən azərbaycanlıların statistikası: 570.825 nəfər backend

Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə gələn turistlərin statistikasını açıqlayıb.

Qaziler.az BBC-ə istinadən bildirir ki, 2016-cı ilin ilk beş ayında Gürcüstana iki milyondan çox adam gedib.

Turizm administrasiyasının rəhbəri Georgi Çoqovadze nəticənin 2015-ci illə müqayisədə 15,3 faiz çoxaldığını deyib. Ən çox gedənlər isə azərbaycanlılardır: 570,825 nəfər.
Təkcə mayda Gürcüstana 11,944 Azərbaycan vətəndaşı gedib.
Son bir neçə ildə Azərbaycanda daxili turizmin inkişafı üçün xeyli vəsait sərf edilib.
İnvestisiya proqramları və dövlət büdcəsindən milyardlarla vəsait ayrılıb, xərclənib. İstirahət kompleksləri, otellər, sanatoriyalar tikilib.
Ancaq azərbaycanlılar istirahət üçün yenə də qonşu ölkələrə üz tuturlar.
Əslində manatın iki dəfə devalivasiyaya uğramasından sonra Gürcüstan azərbaycanlılar üçün əvvəlkitək ucuz deyil. Yenə də gedənlərin sayı azalmayıb.