Baş nazir oxuya-oxuya istefaya getdi

Baş nazir oxuya-oxuya istefaya getdi backend

Böyük Britaniyanın baş naziri Devid Kemeron növbəti dəfə müsahibədən sonra mikrofonu söndürməyi unudub.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu, jurnalistlər üçün maraqlı sonluqla bitib. Belə ki, baş nazir istefaya getdiyini bəyan etdikdən sonra burnunun altında mahnı mızıldaya -mızıldaya olduğu məkanı tərk edib. Bu, BBC-nin jurnalisti Deniel Sendfordun nəzərindən qaçmayıb.

"Sabah mən istefa ərizəmin qəbul edilməsi xahişi ilə Bukenqem sarayına gedəcəm, beləliklə, bizim yeni baş nazirimiz olacaq"-deyə Devid Kemeron jurnalistlərə bildirib.

Bundan sonra o, binaya daxil olub. Giriş qapısına yaxınlaşarkən siyasətçi qəfildən oxumağa başlayıb. Binanın içərisində isə: "Hə... Yaxşı" sözlərini də əlavə edib.