David Kemeron baş nazir postunu tərk edəcəyi tarixi açıqlayıb

David Kemeron baş nazir postunu tərk edəcəyi tarixi açıqlayıb backend

Böyük Britaniyanın baş naziri David Kemeronun vəzifəsindən istefa edəcəyi tarix məlum olub.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, D. Kemeron özünün xüsusi bəyanatında bildirib ki, baş nazir postundan iyulun 13-də istefa verəcək.

Həmin gün Böyük Britaniyanın baş naziri postuna isə daxili işlər naziri Tereza Mey gələcək.