Türkiyədə növbəti partlayış: daha 4 hərbçi şəhid oldu

Türkiyədə növbəti partlayış: daha 4 hərbçi şəhid oldu backend

Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

Qaziler.az bildirir ki, APA-nın verdiyi məlumata görə, bu gün günorta saatlarında Hakkarinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşın karvanının keçidi zamanı PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıblar. İlkin məlumatlara görə, 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb.

Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.