İspaniyada öküz toreodoru öldürdü: son 30 ildə ilk dəfə - FOTO

İspaniyada öküz toreodoru öldürdü: son 30 ildə ilk dəfə  - FOTO backend

29 yaşlı ispan toreodor Viktor Barrio nümayiş zamanı öküzün zərbəsindən həlak olub.

Qaziler.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, İspaniyada 1985-ci ildən matadorun arenada ölməsi ilə nəticələnən ilk hadisədir.

Hadisə Teruel şəhərində, şənbə günü baş verib.

Öküzün buynuzu ilə zərbə endirməsindən yerə yıxılan 29 yaşlı Viktor Barrio adlı toreodor xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd olunub ki, sabah arenada nümayişlər bir dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, İspaniyada son 100 il ərzində öküz zərbələrindən 34 peşəkar matador ölüb.