Dağıstanda xüsusi əməliyyat zamanı 7 silahlı məhv edilib

Dağıstanda xüsusi əməliyyat zamanı 7 silahlı məhv edilib backend

Rusiya xüsusi təyinatlı qüvvələri Dağıstanda keçirdiyi antiterror əməliyyatı zamanı 7 silahlını məhv edib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, əməliyyat zamanı xüsusi təyinatlılardan biri ölüb, 3-ü yaralanıb.

Rusiya Milli Antiterror Mərkəzinin məlumatına görə, öldürülən silahlıların yoldaşlarının axtarışı Dağıstanın mərkəzində dağlıq və meşəlik ərazilərdə davam etdirilir.