Yəmənin cənubunda 20-dən çox husi üsyançısı güllələnib. APA-nın “AFP”-yə istinadən verdiyi xəbərə görə, insident Ədən şəhərindən 15 km şimalda baş verib.
Qeyd olunur ki, üç avtomobillə əyalətdən Ədən istiqamətində hərəkət edən husilər hökumət tərəfdarlarının hücumuna məruz qalıblar. Bundan əvvəl Yəməndə baş verən toqquşmalarda 45 nəfərin həlak olduğu bildirilirdi.