Taybeydə metroda 3 partlayış baş verib: 21 yaralı

Taybeydə metroda 3 partlayış baş verib: 21 yaralı backend

Tayvan adasında yerləşən Taybey şəhərində metro qatarında üç partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlar zamanı azı 21 nəfər xəsarət alıb. Partlayışdan sonra qatarda yanğın baş verib.

Şahidlər bildiriblər ki, naməlum şəxs partlayışdan əvvəl vaqonda çantanı qoyaraq çıxıb.