ABŞ-ın Menifi şəhərində (Kaliforniya ştatı) məktəbdə fişəng partlaması nəticəsində 18 nəfər xəsarət alıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 5 nəfər şagird müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Partlayış şagirdlərin ehtiyatsızlığı səbəbindən baş verib. İnsident zamanı məktəbdə gərginlik yaranıb. Partlayış güclü olduğundan, bir çoxları hadisənin terror aktı olduğunu güman edib.Məktəbdə dərslər müvəqqəti dayandırılıb, müəllim və şagirdlər təxliyyə olunub. Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.