Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri qəzaya uğrayıb.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində, Giresun vilayətində baş verib.Məlumata görə, qəza anında helikopterdə 10 nəfər olub. Onlar arasında vilayət jandarmeriyasının rəisi Mustafa Doğru da var. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Məlumat rəsmi təsdiqlənməyib.