Ermənistan müxalifəti anti-Rusiya aksiyası keçirəcək

Ermənistan müxalifəti anti-Rusiya aksiyası keçirəcək backend

“Ermənistan xalqı Rusiyanın və ATƏT-in Minsk Qrupunun hərəkətlərinə qarşıdır”, - bunu bu gün jurnalistlərə “Milli müqəddəratını təyinetmə” birliyinin başçısı Paruyr Ayrikyan deyib.

Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkə əhalisi 8 iyul aksiyasında öz etirazını bildirəcək.

“Rusiya silah, o cümlədən kütləvi qırğın silahı satır. Bu səbəbdən də, münaqişənin kəskinləşməsinə şərait yaradır, onun ATƏT MQ-dəki rolu dağıdıcıdır və əsl vasitəçilik missiyasına, Qarabağ münaqişəsinin həllinə yönəlməyib”, - Ayrikyan deyib.

Rusiya-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti barədə suala cavab verən Ayrikyan bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər hər zaman ermənilərin hesabına inkişaf edib.