Egey dənizində zəlzələ

Egey dənizində zəlzələ backend

Yunanıstanın cənub-şərqində zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, Egey dənizinin Karpatos adaları yaxınlığında meydana gələn zəlzələ Rixter şkalası ilə 5.2 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.

Zəlzələnin episentri episentri Karpatosdan 60 km qərbdə, ocağı isə yerin 5.2 km dərinliyində yerləşib. Sahil məntəqələrdə hiss olunan zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olmayıb. Qeyd edək ki, təbii fəlakət nəticəsində xəsarət alanlar yoxdur.
Diaspora