Mədinədə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayışda 4 nəfər ölüb - YENİLƏNİB

Mədinədə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayışda 4 nəfər ölüb - YENİLƏNİB backend
Qaziler.az-ın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Məlumata əsasən, insident zamanı 4 təhlükəsizlik xidməti əməkdaşı ölüb, daha 4 nəfərin ağır yaralandığı bildirilir. Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.


Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

İlkin məlumata görə, terrorçu-kamikadze məscidin girişindəki nəzarət-keçid məntəqəsində partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

Peyğəmbər məscidi Məkkədəki Əl-Həram məscidindən sonra müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.