Avropa İttifaqının xüsusi nümayəndəsi yenə Bakıya gəlir

Avropa İttifaqının xüsusi nümayəndəsi yenə Bakıya gəlir backend

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu ay Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə H.Zalber özü məlumat verib.

O, səfərin dəqiq tarixini açıqlamayıb.

Xüsusi nümayəndə Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

Qeyd edək ki, H.Zalber Azərbaycana sonuncu dəfə aprelin 15-də səfər edib.