Türkiyə Qəzzaya yardım göstərməyə başlayıb

Türkiyə Qəzzaya yardım göstərməyə başlayıb backend

Türkiyənin Qəzzaya göndərdiyi 11 min tonluq humanitar yardımdan ibarət gəmi İsrailin Aşdod limanına çatıb.

Bu, 2010-cu ildən bəri ilk belə çatdırmadır. Həmin vaxt İsrailin blokodasına baxmayaraq Qəzzaya yardım daşımaq istəyən gəmidə 10 türkiyəli fəal İsrail qüvvələri tərəfindən qətlə yetirilmişdi.
Hadisə hər iki ölkə arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Lakin onlar keçən həftə imzalanmış razılaşma ilə münasibətləri yaxşılaşdırmağa qərar veriblər.

Türkiyədən göndərilmiş gəmidə yemək, geyim və oyuncaqlar var və Ramazan bayramınadək Qəzzaya çatdırılması planlaşdırılır.
Yardım, Aşdod limanında boşaldılıb İsrail vasitəsilə Qəzzaya daşınacaq.
Bazar günü çıxış edən İsrail sözçüsü Oren Rosenblatt deyib: “Bu, İsraillə Türkiyə arasında razılaşmanın bilavasitə icrasıdır”.

27 iyunda imzalanmış razılaşmaya görə İsrail Türkiyənin Qəzzaya yardım göndərməsinə və orada infrastruktur layihələrini həyata keçirməsinə icazə verəcək.

İsrail baş naziri Benjamin Netanyahu deyib ki, razılaşma Yaxın Şərqə “sabitlik” gətirilməsinə kömək edəcək.

(BBC)