Banqladeşdə indusların dini bayramı zamanı yaranan izdihamda azı 10 nəfər həyatını itirib, onlarla adam da xəsarət alıb.
Hadisə paytaxt Dəkkə yaxınlığındakı Narayanqanc şəhərində baş verib. Polisin məlumatına görə, ölənlərin 7-si yaşlı qadınlardır. Onlar çayda yuyunma kimi məcburi dini ayini yerinə yetirən zəvvarlar olublar. Ayin zamanı izdihama nəyin səbəb olduğu isə hələ məlum deyil.