Pakistanda daşqın nəticəsində azı 30 nəfər ölüb

Pakistanda daşqın nəticəsində azı 30 nəfər ölüb backend

Pakistanın Xayber-Paxtunxva əyalətinin Çitral dairəsində yağan yağış, leysan və daşqınlar məscidi və bir neçə evi aparıb.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, yerli mətbuatın verdiyi xəbərə görə, daşqın nəticəsində azı 30 nəfər ölüb, onlarla adam yaralanıb.

Bu ərazidə yaşayan əhali təhlükəsiz yerlərə köçürülür.