Banqladeşdə baş verən terror aktını yerli qruplaşma törədib

Banqladeşdə baş verən terror aktını yerli qruplaşma törədib backend

Banqladeşin paytaxtı Dəkkə şəhərində 20 nəfər xarici vətəndaşın ölümünə səbəb olan terror aktını yerli “Camaatul-Mucahidin” terror təşkilatının üzvləri törədiblər.

AZƏRTAC “lemonde.fr” saytına istinadla məlumat verir ki, bu barədə ölkənin daxili işlər naziri Asaduzzaman Xan məlumat verib. O qeyd edib ki, bu terror təşkilatının İŞİD-lə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl İŞİD qruplaşmasının Dəkkədəki hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.