Atatürk hava limanındakı teraktda ölənlərin sayı 45 nəfərə çatıb

Atatürk hava limanındakı teraktda ölənlərin sayı 45 nəfərə çatıb backend

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti yazıb.

Hadisə nəticəsində xəsarət almış 4 yaşlı uşaq bu gün xəstəxanada vəfat edib.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.