BMT: Ötən ay İraqda 660 nəfər həlak olub

BMT:  Ötən ay İraqda 660 nəfər həlak olub backend

İraqda iyun ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 660 nəfər ölüb, 1457 nəfər yaralanıb. Bu barədə BMT-nin İraqa yardım missiyasının hesabatında deyilir.

Məlumata əsasən, ölənlərdən 382-i mülki vətəndaş, 280-i isə İraqSilahlı Qüvvələrinin hərbçiləridir. “Ən ağır vəziyyət Bağdad vilayətində müşayiət edilir. Burada 236 nəfər ölüb, 742 nəfər yaralanıb”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, İraq ərazisinin təxminən üçdə bir hissəsi İŞİD terrorçularının işğalı altındadır.