MTN-nin bir qrup əməkdaşı təltif edildi

MTN-nin bir qrup əməkdaşı təltif edildi backend

Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə
Çovdarov Akif Teymurxan oğlu - general-mayor
Mahmudzadə Elşad Bilal oğlu - polkovnik
«Vətən uğrunda» medalı ilə
Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant
Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki
Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant
İbayev Zabil Nəsir oğlu - mayor
Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru
Sadıqov Mahir İbrahim oğlu - polkovnik
Sultanov Şahin Sultan oğlu - general-mayor
«İgidliyə görə» medalı ilə
Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş
Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant
Mövsümov Azər Adil oğlu - kapitan
«Hərbi xidmətlərə görə» medalı ilə
Abbasov Mövlud Həsənqulu oğlu - mayor
Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan
Cabbarov Turac Vaqif oğlu - kapitan
İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik
Quliyev Bəhruz Yusif oğlu - kapitan
Rzayev Tural Məmməd oğlu - kapitan
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant.
Prezidentin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adı verilib.
Diaspora